Poroşenko Moskva üçün təhlükəli ADDIMA "HƏ" DEDİ: NATO...
Bizi izləyin

Dünya

Poroşenko Moskva üçün təhlükəli ADDIMA "HƏ" DEDİ: NATO...

Moskvanı QƏZƏBLƏNDİRƏCƏK ADDIM

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı referendum keçirmək niyyətindədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısı Almaniyanın “Berliner Morgenrost” qəzetinə müsahibəsində deyib.

“Dörd il əvvəl əhalinin 16 faizi NATO-ya üzvlüyü dəstəkləyirdi. İndi isə bu göstərici 54 faizdir. Mən prezident kimi xalqın rəyinə arxalanaraq NATO-ya üzvlüklə bağlı referendumu keçirəcəyəm. Əgər ukraynalılar bunun üçün səs verəcəklərsə, mən ölkənin Şimali Atlantika İttifaqına üzvlüyü üçün bütün səyləri göstərəcəyəm”, - deyə Poroşenko bildirib.

Qeyd edək ki, Ukraynanın Ali Radası 2014-cü ilin dekabrında bloklarara qoşulmayan ölkə statusundan imtinanı nəzərdə tutan qərar qəbul edib.

2015-ci il sentyabrın 24-də elan edilmiş Ukraynanın Hərbi doktrinasının yeni mətnində NATO ilə əməkdaşlığın genişləndirilməsi əsas proritet kimi qoyulub. Hakimiyyət 2020-ci ilə kimi Ukrayna Silahlı Qüvvələrinin ittifaqa üzv ölkələrinin ordularına tam uyğunlaşdırmaq niyyətindədir.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen daha əvvəl bildirdi ki, ittifaqa giriş üçün meyarların əldə edilməsi üçün Kiyevə çox vaxt lazım olacaq. Ekspertlər güman edirlər ki, Ukrayna ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, NATO ərazi mübahisələri olan ölkələri qəbul etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm