• USD 1,7000 0,00% EUR 1,9052 +0,23%
    • GBP 2,1644 +0,56% RUB 0,0264 +0,76%

Merkel Ankarada: Berlin terrorçuların görüntülərini niyə GİZLƏDİR? - YENİLƏNDİ/VİDEO

  • Dünya
  • 2 Fevral 2017 15:46
  • 1 060 Baxış
Merkel Ankarada: Berlin terrorçuların görüntülərini niyə GİZLƏDİR? - YENİLƏNDİ/VİDEO

Almaniya baş kansleri Angela Merkel Ankaraya gəlib. Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. Almaniyalı qonaq daha sonra həmkarı Binəli Yıldırımla görüşəcək.

Merkel həmçinin Türkiyə Böyük Millət Məclisinə gedərək 2016-cı il iyulun 15-də hərbi çevriliş cəhdi zamanı bombalanan binanın zədələnən hissələrinə baxacaq.

11:17

Almaniyan baş kansleri Angela Merkel bu gün Ankaraya bir günlük işgüzar səfər edəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İncirlik bazası ətrafındakı vəziyyət səfər çərçivəsində aparılacaq danışıqların əsas mövzusu olacaq.

Almaniyanın “Der Spiegel” nəşrinin xəbərinə görə, Türkiyə İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində "İncirlik" hərbi hava bazasına yerləşdirilən “Tornado” tipli kəşfiyyat təyyarələrinin əldə etdiyi görüntülərə birbaşa daxil olmaq istəyir. Amma Almaniya bu görüntüləri Türkiyəyə vermir. Ankara Almaniyanın "İncirlik"də qərargah inşasına əvəz olaraq bu görüntüləri tələb edir.

Məlumata görə, Almaniya İŞİD terror təşkilatı ilə əlaqədar görüntüləri Türkiyə ilə paylaşır. Almaniya Müdafiə Nazirliyinin sözçüsü polkovnik Boris Nant da “Tornado”ların yalnız İŞİD-lə əlaqədar görüntüləri paylaşdığını təsdiqləyib.

Türkiyə eyni zamanda PKK terror təşkilatının Suriya qanadı PYD-nin silahlı gücü olan YPG-in hərəkət marşrutları üzrə görüntüləri istəyir. Məsələnin iki ölkənin münasibətlərində böhran vəziyyəti yaratması Merkelin Türkiyəyə səfərinə ehtiyac yaradıb.

Səfər çərçivəsində müzakirə ediləcək digər məsələ NATO strukturlarında xidmət edən 40 türk zabitinin Almaniya hökumətinə sığınacaq üçün müraciət etməsidir. Digər tərəfdən Almaniya hökumətinin Türkiyənin istədiyi PKK terrorçularını verməməsi iki ölkə arasında böhran yaradan səbəblərdən biridir.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR