Xüsusi təyinatlılar hücuma keçdi: Türkiyəyə qarşı MÜHARİBƏ - VİDEO
Bizi izləyin

Dünya

Xüsusi təyinatlılar hücuma keçdi: Türkiyəyə qarşı MÜHARİBƏ - VİDEO

Qayalıqlar ətrafında gərginlik artıb.

Yunanıstan müdafiə naziri Panos Kammenos bəzi hərbi səlahiyyətlilərlə 21 il əvvəl ölən 3 yunan əsgərinin xatirəsinə Kardak qayalıqlarına dünən vertolyotdan çələng atıb.

Publika.az xəbər verir ki, bu haqda Yunanıstanın armynow.net hərbi saytı bildirib.

Eyni saatlarda Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları Kardak qayalıqları üzərində uçub.

Türk qırıcıları qayalıqlar üzərində alçaq uçuşlar etdikdən sonra Yunanıstan müdafiə nazirinin müavini George Papadakisin təlimatı ilə yunan xüsusi təyinatlı birliyindəki paraşütçülər təyyarədən tullanaraq güc nümayişi edib. Paraşütçülər Kardak qayalıqlarından təxminən iki mil (bir dəniz mili 1,85 kilometrdir –red.) uzaqlıqdakı Psemiros ilə İstanköy adaları arasındakı bölgədə tullanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və qoşun komandanları ötən bazar günü təftiş üçün getdiyi Kardak qayalıqları ətrafında gərginlik yaranıb. Yanvarın 31-də Kardak adasını keçərək Türkiyənin su sərhədlərinə daxil olan 2 yunan kateri ərazidəki türk əsgərlərinin xəbərdarlıqlarından sonra öz su sərhədlərinə qayıdıb. Gərginlik 45 dəqiqə davam edib. Türkiyənin sahil təhlükəsizlik heyətinə aid 1 sərhəd kateri olmaqla 5 kater Kardak qayalıqları ətrafında nəzarəti davam etdirir.

Xatırladaq ki, tarixə Kardak böhranı kimi düşən hadisə 1996-cı yanvar ayında baş verib. “Figen Akat” adlı türk gəmisi 1995-ci il dekabrın 25-də Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxıb. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının ona məxsus su sərhədlərində baş verdiyini iddia edib. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bildirib.

Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb. Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçirməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyət bərpa edilib.

2013-cü ilin yanvar ayında Yunanıstanın “Qızıl Şəfəq” Partiyasından olan millət vəkili İlias Panayotaros parlamentdə çıxışı zamanı hökumətdən Kardakda yunan bayrağını yüksəltməyi tələb edib. Millət vəkili bildirib ki, əks halda bunu özləri edəcəklər. Partiyanın lideri Nikolas Mixaliolakos isə türk komandoların qayalara çıxaraq türk bayrağı sancdığı 30 yanvar tarixini Yunanıstan üçün “utanc gecəsi” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm