ABŞ: “Rusiya bununla heç kəsi aldada bilməyəcək”
Bizi izləyin

Dünya

ABŞ: “Rusiya bununla heç kəsi aldada bilməyəcək”

ABŞ: “Rusiya bununla heç kəsi aldada bilməyəcək”

Moskva Krımda tətbiq etdikləri metodlarla Ukraynanın şərqini zəbt etməyi planlaşdırır.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland Ukraynanın şərqində vətəndaş müharibəsi xarakteri alan vəziyyəti dəyərləndirərkən deyib.

O, ölkənin şərqində, həmçinin Odessada baş verən hadisələrin Krım ssenarisi üzrə həyata keçirildiyini deyib.

“Əvvəlcə şəhərlərdə etiraz aksiyaları təşkil olunacaq. Sonra yerli əhali qorxudulacaq və 2 həftə ərzində saxta referendum keçiriləcək. Hansı ki, Donetsk və Luqanskda 11 may tarixinə təyin edilib”, - o, vurğulayıb.

Dövlət katibinin müavini bildirib ki, sülhməramlılar adı altında Rusiyanın hərbi müdaxiləsi beynəlxalq qanunvericiliyin pozulmasıdır və Moskva bununla heç kəsi aldada bilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm