Siyasətçidən jurnalistə qarşı şok hərəkət - - VİDEO
Bizi izləyin

Dünya

Siyasətçidən jurnalistə qarşı şok hərəkət - - VİDEO

Müxbirin qeydiyyat vəsiqəsini göstərməsi də ona kömək etməyib.

Fransanın ultrasağçı “Milli Cəbhə” Partiyasının lideri, prezidentliyə namizəd Marin Le Penin mühafizəçiləri tərəfindən jurnalistə qarşı güc tətbiq edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın TF1 kanalının müxbirinin siyasətçiyə verdiyi sual xoş qarşılanmayıb.

Müxbir partiya liderindən Avropa Parlamentində (AP) xəyali məsləhətçi çalışdırması barədə yayılan xəbərlərə münasibət öyrənmək istəyib. “Mühafizəçiniz həqiqətənmi, Avropa Parlamentində məsləhətçiniz idi” sualı verən jurnalist mühafizəçilər tərəfindən çölə çıxarılıb.

Müxbirin qeydiyyat vəsiqəsini göstərməsi də ona kömək etməyib.

Avropa Parlamentinin apardığı araşdırmalara görə, Marin Le Pen 2011-2012-ci illərdə qanunsuz olaraq Avropa Parlamentinin deputatları üçün nəzərdə tutulmuş vəsaitdən öz partiya işçilərinə maaş verib. Digər bir iddiaya görə, Le Penin məsləhətçisi olaraq maaş alan Terri Legier əslində onun mühafizəçisi olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm