Dünya
Rusiya Ermənistanın sərhədini gücləndirir
Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin sədri İşhan Karapetyan və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti idarəsinin rəisi Anatoli Mixeyev Ermənistanın Türkiyə və İranla sərhədində baytarlıq-sanitariya vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı addımları müzakirə ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın adı çəkilən qurumunun mətbuat xidməti bildirib.
Görüş zamanı sərhədyanı zona və yaşayış məntəqələrində baytar-epidemioloji vəziyyət və heyvanların yoluxucu xəstəliklərinin Ermənistan ərazisinə keçməsinin qarşısının alınması üzrə addımlar müzakirə olunub.
Tərəflər İranın 9 əyalətində “quş qripi”nin yayılması məsələsinə toxunublar və bu ölkədən Ermənistana quş ətinin idxalına qadağa qoyulmasına dair qərar qəbul ediblər. Həmçinin, İran və Türkiyədən kənd təsərrüfatı heyvanlarının respublika ərazisinə keçirilməsinə nəzarətin gücləndirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədinin qorunması Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilir.
-
İdman14:06"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi






























.jpg)



