Trampdan xəbərdarlıq: “Atəşlə oynayırsınız!"
Bizi izləyin

Dünya

Trampdan xəbərdarlıq: “Atəşlə oynayırsınız!"

Tramp Vaşinqton-Tehran münasibətlərini daha da gərginləşdirəcək sərt ifadələr işlədib.

ABŞ prezidenti Donald Tramp Vaşinqton-Tehran münasibətlərini daha da gərginləşdirəcək sərt ifadələr işlədib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tramp sələfi Barak Obama kimi İranla bağlı “xeyirxah” olmayacağını bildirib.

“İran odla oynayır. Prezident Obama onlara qarşı xeyirxah idi. Amma mən olmayacağam!” – prezident Tvitterdəki hesabında yazıb.

ABŞ prezidentinin təhdidinə Tehranın cavabı gecikməyib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın təhdidlərinə boyun əymədiklərini bildirib. “Bu mesajlar əsla bir müharibəni başlada bilməz”, - deyə İran xarici siyasət idarəsinin başçısı Tvitter səhifəsində qeyd edib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-ın son nəfəsdə olan İranı nüvə sazişinin köməyi ilə xilas etdiyini bildirib.

“İran son nəfəsdə idi və dağılmağa hazır idi. ABŞ gəldi və nüvə sazişi şəklində ona xilasedici burazı verdi: 150 milyard dollar. İran ballistik raketin sınağı ilə əlaqədar rəsmən xəbərdar edilmişdi. İran ABŞ-ın onunla bağladığı dəhşətli sazişə görə minnətdar olmalı idi”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Avropa nəşrlərinə müsahibəsində “5+1” qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya - red.) İranla bağladığı nüvə sazişini dünya tarixinin “ən pis razılaşmalarından biri” adlandırıb.

Prezident seçkiləri kampaniyasında isə sazişə görə Barak Obama administrasiyasını tənqid edən respublikaçı milyarder sazişi təkrar gözdən keçirəcəyini bildirib. Amma Tehran bu məsələdə optimistdir. İran prezidenti Həsən Ruhani bildirib ki, Tramp sazişi birtərəfli qaydada ləğv edə bilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm