Türkyədən İŞİD-ə böyük zərbə: 4 “əmir” və silahdaşları məhv edildi
Bizi izləyin

Dünya

Türkyədən İŞİD-ə böyük zərbə: 4 “əmir” və silahdaşları məhv edildi

Türkyədən İŞİD-ə böyük zərbə:

Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri “Fərat qalxanı” hərbi əməliyyatları çərçivəsində Suriyanın El Bab və Bzagah bölgələrində İŞİD-ə qarşı 8 hava əməliyyatı keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində İŞİD-ə məxsus 65 hədəf vurulub.

Əməliyyat zamanı İŞİD terrorçularının gizləndiyi 56 bina, 3 qərargah, terrorçulara məxsus 2 müdafiə düşərgəsi və 2 silahlı avtomobil məhv edilib.

Əməliyyat nəticəsində 4 nəfəri İŞİD “əmiri” olmaqla, 51 terrorçu zərərsizləşdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm