İran-ABŞ gərginliyi pik HƏDDƏ
Bizi izləyin

Dünya

İran-ABŞ gərginliyi pik HƏDDƏ

Səddamı devirən general İranı təhdid etdi

İranla ABŞ arasında gərginlik pik həddinə çatıb.

Publika.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın yeni müdafiə naziri James Mattisin rəsmi Tehrana qarşı sərt ittihamlarına cavab olaraq, ölkəsinin yeni raket sınaqları həyata keçirəcəyini bəyan edib.

SEPAH-ın yaydığı rəsmi açıqlamada deyilir ki, raket sınaqlarının həyata keçirilməsinin əsas məqsədi İran tərəfindən istehsal olunan müasir radar, raket və kiber döyüş sistemlərinin gücünü yoxlamaq və nümayiş etdirməkdir.

SEPAH-ın açıqlamasında qeyd olunur ki, İran dövləti Qərbin istənilən təhdidlərinə və sanksiyalarına hər an hazırdır.

Yeni raket sınaqları İranın şimal-şərqində yerləşən Semnan əyalətində təşkil olunacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm