Rəqqas səhnədə can verdi, şou hesab etdilər - - VİDEO
Bizi izləyin

Dünya

Rəqqas səhnədə can verdi, şou hesab etdilər - - VİDEO

Onun həyatını xilas etmək mümkün olmayıb.

Hindistanda həyatını səhnədə keçirən 45 yaşındakı rəqqas ömrünün son dəqiqələrində də səhnədə olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rəqqas tamaşaçılar qarşısında rəqs edərkən bir anda yıxılıb.

Bunu rəqsin bir hissəsi hesab edən tamaşaçılar heç bir reaksiya göstərməyiblər. Lakin onunla birlikdə rəqs edən müəllimi tələbəsinin şou göstərmədiyini anlayıb. Bundan sonra səhnənin pərdəsi aşağı salınıb.

Rəqqas xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm