Restoranda nahar edən hərbçilərin avtomatları oğurlandı
Bizi izləyin

Dünya

Restoranda nahar edən hərbçilərin avtomatları oğurlandı

"Makdonalds"da nahar edən hərbçilərin silahını oğurlayıblar.

Fransada naməlum şəxslər "Makdonalds"da nahar edən hərbçilərin silahını oğurlayıblar.

Publika.az xəbər verir ki, insident İzer departamentinin La-Verpiyer qəsəbəsində baş verib. Nahardan sonra hərbçilər restoranın qarşısında park edilən avtomobilin şüşəsinin naməlum şəxslər tərəfindən qırıldığını və salondan FAMAS tipli iki avtomat silahların oğurlandığını müəyyən ediblər.

Hadisə yerinə polis çağırılıb. Əməliyyata onlarla polis və helikopter cəlb edilib. İlkin məlumata görə, silahları iki şəxs oğurlayıb, onların axtarışı davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm