Dünya
İtaliyada savadsızlıq baş alıb gedir - Alimlər prezidentə açıq məktub göndərdi
İtaliya ali təhsil müəssisələrinin görkəmli müəllimləri, alimlər və jurnalistlərdən ibarət böyük bir qrup şagird və tələbələr arasında savadlılıq səviyyəsinin qaldırılması üçün təcili tədbirlər görmək çağırışı ilə hökumətə müraciət edib.
Publika.az xəbər verir ki, şənbə günü İtaliyanın hökumət başçısı, təhsil naziri və parlament sədrinə ünvanlanan açıq məktuba ölkə üzrə 600 alim imza atıb.
"İllərlə məlumdur ki, məktəblərdə tədrisin sonunda şagirdlər italyanca çox pis yazır, az oxuyur və fikirlərini çox çətinliklə ifadə edirlər. Ali təhsil müəllimləri çoxdan bəri üçüncü sinif şagirdi səviyyəsində səhvlər edən tələbələrinin dil problemi ilə üzləşirlər. Bəzi fakültələr bu problemi aradan qaldırmaq məqsədi ilə İtaliya dilinin yenidən öyrənilməsi üzrə kurslar təşkil edirlər", - deyə müraciətin ilk sətirlərində qeyd olunur.
Məktub müəllifləri vəziyyətin düzəldilməsi üzrə çıxış yolu kimi orta sinif müəllimlərinə ibtidai məktəblərin imtahanlarında, böyük sinif müəllimlərinin isə orta təhsil mərhələsi üzrə buraxılış imtahanlarında iştirakına icazənin verilməsini təklif edirlər.
Sorğuya əsasən, İtaliyada demək olar ki, hər 10 ailədən biri evdə ümumiyyətlə kitab saxlamır, orta hesabla 11-14 yaşları aralığında olan yeniyetmələrin 46 faizi il ərzində bir dənə də olsun əsər oxumurlar.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik