Britaniyalı deputatlardan Trampa etiraz
Bizi izləyin

Dünya

Britaniyalı deputatlardan Trampa etiraz

Yerli deputatlar tərəfindən boykot olunacaq.

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı ölkə parlamentində çıxış edərsə, yerli deputatlar tərəfindən boykot olunacaq.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu leyborist Con Makdonnel deyib.

O, BBC radiosunun "Tramp parlamentdə çıxış edərsə, Leyboristlər Partiyası üzvlərinin yeri boş olacaqmı?" sualına, "təkcə leyboristlərin yeri deyil", - deyə cavab verib.

"Mən onun etdiklərini rüsvayçılıq hesab edirəm. Bizlərdən əksəriyyəti düşünürdü ki, onun seçkiqabağı kampaniyasının şüarları sadəcə şüar idi, lakin indi o bunları həyata keçirməyə başlayıb. Düşünürəm ki, onun səfəri bir çoxları üçün təhqir olacaq", - deyə Makdonnel bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm