• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

İŞİD Türkiyənin tanınmış din xadimlərinə sui-qəsd hazırlayır– ŞOK

  • Dünya
  • 6 Fevral 2017 09:51
  • 856 Baxış
İŞİD Türkiyənin tanınmış din xadimlərinə sui-qəsd hazırlayır– ŞOK

İŞİD terror təşkilatının 8 dildə yayımlanan “Rumiyah” təbliğat jurnalının 5-ci sayı işıq üzü görüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın yeni sayında Türkiyənin hədəfə alınması barədə sensassion məqalə dərc olunub.

Məqalədə deyilir ki, İŞİD Türkiyənin din xadimlərini hədəfə alıb:

“İŞİD hədəf seçdiyi siyahıda Türkiyənin dini məsələlər komitəsinin sədri Mehmet Görmez, tanınmış din xadimi Ahmet Mahmut Ünlü, dini yazar və təfsirçi İhsan Eliaçık və digər ilahiyyatçı alimlərin adları var”.

İndiyədək bütün saylarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş qərargah rəisi Hulusi Akarın “ölüm fərmanını” verən jurnalın yeni türkdilli buraxılışının üz qabığında isə İstanbulun “Reina” gecə klubunda terror aktı törədən İŞİD üzvü Abdülqadir Maşaripovun qanlı hücumunu əks etdirən foto əks olunub.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR