• USD 1,7000 0,00% EUR 1,8952 -0,06%
    • GBP 2,1496 -0,53% RUB 0,0264 0,00%

Rusiyaya qarşı müharibə elan etməyə hazırlaşırlar - PLAN TƏSDİQLƏNDİ

  • Dünya
  • 6 Fevral 2017 15:39
  • 2 424 Baxış
Rusiyaya qarşı müharibə elan etməyə hazırlaşırlar - PLAN TƏSDİQLƏNDİ

“Mümkündür ki, tamaşaçıda prezident Donald Trampın Vladimir Putinə yaltaqlanmağa davam etdiyi təəssüratı var, amma ABŞ arxa planda sakit şəkildə Rusiyaya informasiya müharibəsi elan etməyə hazırlaşır”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın “The Daily Beast” nəşrində Tim Mak yazıb.

“ABŞ-da 2016-cı ildə prezident seçkisi kampaniyası cəmiyyəti informasiya silahı barəsində ayıltdı. Bu silahdan düzgün istifadə edilərsə, çox effektiv ola bilər”, - məqalədə deyilir.

Senatorlar respublikaçı Pob Portman və demokrat Kris Merfinin təşəbbüsü çərçivəsində “Global Engagement Center”ə (GEC) iki il müddətinə 160 milyon dollar ayrılıb. GEC 1990-cı illərdən başlayaraq əks-təbliğat sahəsində Rusiyanın birinci mərkəzləşdirilmiş cavabı olacaq. “GEC xarici jurnalistlərə, qeyri-hökumət təşkilatlarına və özəl şirkətlərə qrantların verilməsi ilə təbliğat kampaniyalarının izlənilməsi, taktikalarının analizi və onlarla mübarizə ilə məşğul olacaq”, - müəllif bildirir.

Vaşinqtondakı Atlantik Şurada Avrasiya Mərkəzinin direktor müavini Alina Polyakovanın qiymətləndirməsinə görə, Rusiya ABŞ-a qarşı informasiya müharibəsinə il ərzində 400 milyon dollar xərcləyir.

Avropa Siyasətinin Analizi Mərkəzində böyük elmi işçi Donald Censen isə bildirir ki, Rusiya hər hansı ideologiyaya xüsusi ehtiyac duymur. Ekspertin fikrincə, Qərbdə olan mövcud fikir ayrılıqları Moskva üçün kifayətdir. Censenin sözlərinə görə, Qərbdə bu təhlükəni qiymətləndirmirlər.

Tim Mak qeyd edir ki, ABŞ oyundan (Rusiyaya qarşı informasiya müharibəsi –red.) praktik olaraq 1999-cu ildə ABŞ İnformasiya Agentliyinin bağlanması ilə çıxıb:

“Son illərdə əks-təbliğata ayırılan resurslar ehtimal ki, Rusiya ilə deyil, daha çox cihadçı qruplarla mübarizəyə sərf olunurdu. Ancaq Rusiya təcavüzkarlığı ilə Amerika kəşfiyyat bu sahəyə diqqəti cəlb etməyə başladı”.

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Ceyms Klepper Konqresdə keçirilən son dinləmələrdən birində İnformasiya Agentliyini yenidən açmağı təklif edib.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR