Şəhər döyüşləri üçün təlim aldılar - Baharda QANLI SAVAŞ BAŞLAYIR
Bizi izləyin

Dünya

Şəhər döyüşləri üçün təlim aldılar - Baharda QANLI SAVAŞ BAŞLAYIR

PKK-nın əsas hədəfi aprel ayına planlaşdırılan referendumdur.

PKK terror təşkilatının rəhbərliyi ötən ay Qəndildə bir toplantı həyata keçirib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Milliyyət” nəşri yazıb.

Məlumata görə, toplantıda yaz və yay ayları üçün bəzi strateji qərarlar qəbul edilib. Qeyd edilir ki, terror təşkilatı qarşıdakı aylarda Kayseridə olduğu kimi daha sakit bölgələrdə terror aktlarını həyata keçirməyi planlaşdırır.

Qərbi və Qara dəniz bölgələri başda olmaqla, Türkiyədə həyata keçirilən terror aktlarına görə məsuliyyəti “birləşmiş cəbhə” adlandırılan “Xalqların Birləşmiş İnqilab Hərəkatı" (HBDH) öz üzərinə götürəcək.

Xatırladaq ki, 2016-cı ilin fevralında Suriyanın Lazikiye şəhərində PKK-nın təklifi ilə bir araya gələn Marksist-Leninist Kommunist Partiyası (MLKP), Türkiyə Kommunist Partiyası/Marksist-Leninist Hərəkatı (TKP/ML), İnqilabçı Kommunist Partiyası (DKP), Maoist Kommunist Partiyası (MKP), Türkiyə Kommunist Əmək Partiyası - Leninist (TKEP-L), Türkiyə Qiyamçı Kommunist Birliyi (TİKB), Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi/Marksist-Leninist Silahlı Təbliğat Birliyi (THKP-C/MLSPB) və İnqilabçı Qərargah Təşkilatı “Xalqların Birləşmiş İnqilab Hərəkatı" adı altında birləşib.

Şəhərlərə göndərilən 2-3 nəfərlik qruplar, “evli”, “qadın/kişi” və “ailə” görüntüsü altında fəaliyyət göstərəcəklər. Başqa əhəmiyyətli məsələ, təşkilat üzvlərinin Türkiyəyə gəlmək üçün istifadə edəcəyi marşrutdur. PKK rəhbərliyi 2017-ci ildə Türkiyə - İran sərhədindən aktiv şəkildə istifadə ediləcəyi barədə qərar verib.

Suriyadan da Türkiyəyə PKK-çıların axını var. Bu qrupların əvvəlcə Diyarbəkir çölünə istiqamətləndirildiyi müəyyən edilib. Yaz və yay dövründə terror aktlarının törədilməsi üçün hazırlıq görülür. Sözügedən qrupların şəhər döyüşləri üçün təlim aldıqları deyilir. Yaz aylarında Diyarbəkirin məhəllələrində terror aktları baş verə bilər.

PKK-nın əsas hədəfi isə aprel ayına planlaşdırılan referendumdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq olunduqdan sonra Konstitusiya dəyişiklikləri üzrə qanun layihəsi “Rəsmi Qəzet”də dərc olunacaq. Bundan sonra 60 günlük referendum təqvimi başlayacaq.

Hökumət fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda keçiriləcək referendum (aprel ayında keçiriləcəyi gözlənilir - red.) üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm