Merkel yenə kansler olmaq istəyir
Bizi izləyin

Dünya

Merkel yenə kansler olmaq istəyir

Almaniya Bundestaqına seçkilər 2017-ci ilin sentyabr ayında keçiriləcək.

Xristian-Sosial İttifaqı Partiyası (XSİ) Angela Merkeli rəsmən AFR-in kansleri postuna namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat dərc edib.

Xristian-Demokratik İttifaqı Partiyasına (XDİ) başçılıq edən Angela Merkel bundan sonra həm də XSİ Partiyasının bu posta namizədi olacaq.

Nəşrin məlumatına əsasən, bir qədər əvvəl Merkel yenidən Almaniya kansleri vəzifəsini tutmağa hazır olduğunu bildirib. Seçkilərdə qələbə çalacağı təqdirdə bu onun dördüncü kansler müddəti olacaq.

Bu ərəfədə Almaniyanın ictimai rəyini öyrənən İNSA institutu “Bild” qəzetinin sifarişinə əsasən partiyaların populyarlığını öyrənmək məqsədilə sorğu keçirib. Sorğunun nəticələrinə görə, ilk dəfə olaraq Almaniya Sosial-Demokratik Partiyası (ASDP) populyarlıqda XSİ/XDİ koalisiyasını üstələyib. Belə ki, rəyi soruşulanların 31 faizi sosial-demokratlara, 30 faizi isə XSİ/XDİ blokuna səs verməyə hazır olduğunu bildirib. Ötən həftə keçirilmiş analoji rəy sorğusu ilə müqayisədə ASDP reytinqini 4 faiz yaxşılaşdırdığı halda, Angela Merkelin bloku populyarlığını 3 faiz itirib.

Qeyd edək ki, Almaniya Bundestaqına seçkilər 2017-ci ilin sentyabr ayında keçiriləcək. Bundan sonra ölkədə yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm