Rus ordusu İrəvana hücuma hazırlaşır - DÜŞMƏN ÖLKƏ ÜÇÜN ÖLÜM SSENARİSİ
Bizi izləyin

Dünya

Rus ordusu İrəvana hücuma hazırlaşır - DÜŞMƏN ÖLKƏ ÜÇÜN ÖLÜM SSENARİSİ

"Ermənistan bu hücumun qarşısını ala bilməyəcək”.

“NATO ABŞ-ın dəstəyi ilə Baltikyanı bölgədən başlamış Cənubi Qafqaza qədər irəliləyəcək”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan NATO-ya yaxınlaşır: “Ermənistanın rusiyayönümlü mövqeyinə baxmayaraq, ittifaq bizim ölkəni də öz içinə almaq istəyir. Lakin hərbi-siyasi rəhbərliyin rus oyunları davam edir. Hətta Belarus belə anlayır ki, Rusiya ilə əlaqələr onların ölkəsinin inkişafını məhdudlaşdırır”.

İ.Muradyan hesab edir ki, beynəlxalq təcridetmə Rusiyanın aqressiyasını artıracaq.

“Bu şərait Ermənistan üçün daha ağrılı olacaq. Rusiya Ermənistan üçün ciddi təhlükəyə çevrilir. Gec-tez Rusiya öz qəzəbini Ermənistanın üzərinə tökəcək və rus ordusu açıq hücuma keçəcək. Ermənistan bu hücumun qarşısını ala bilməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, erməni ekspertlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını Ermənistan üçün böyük təhlükə hesab edir. Onların fikrincə, Ermənistanın Qərbə doğru istənilən addımı zamanı rus ordusu İrəvana hücum edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm