Ölkə ŞOKDA: Paytaxt ballistik raketlə vuruldu
Bizi izləyin

Dünya

Ölkə ŞOKDA: Paytaxt ballistik raketlə vuruldu

Husilər həmçinin Ər-Riyada yeni zərbələr endirə biləcəyini açıqlayıb.

Yəməndə ordu qüvvələrinə qarşı vuruşan Husilər hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının paytaxtını vurub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, İran tərəfindən dəstəklənən Husilər Ər-Riyadda yerləşən hərbi bazanı ballistik raketlə hədəf alıb.

Husilər həmçinin Ər-Riyada yeni zərbələr endirə biləcəyini açıqlayıb. Qiyamçılara bağlı SABA agentliyi Ər-Riyadda vurulan Əl-Mazahmiya bazasının Yəmənin paytaxtı Sanadan təxminən 1000 kilometr uzaqlıqda olduğu yazıb.

Ərəb KİV-i Ər-Riyada atılan raketin keçmiş SSRİ istehsalı “Scud” raketlərinin bənzəri olan “Borkan-1” tipli olduğunu və Yəməndə hazırlandığını yazıb.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm