Türkiyə, Rusiya və İran Astanada Suriyanı böldülər
Bizi izləyin

Dünya

Türkiyə, Rusiya və İran Astanada Suriyanı böldülər

Növbəti toplantının 15-16 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

Türkiyə, Rusiya və İranın liderliyi ilə fevralın 6-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya üzrə toplantıda İŞİD, “Fəth əl-Şam” və loyal müxalifətin olduğu bölgələr xəritə üzərində ayrılıb.

Publika.az xəbər verir ki, bu haqda toplantının nəticələri ilə bağlı “Rossiya 24” kanalına müsahibə verən Rusiya nümayəndə heyətinin başçısı Stanislav Gacimaqomedov deyib.

Azad Suriya Ordusuna bağlı qrupların Hələb və İdlibdə “Fəth əl-Şam”a qarşı döyüşdüyünü deyən rusiyalı səlahiyyətli bildirib ki, bunun Suriyanın cənub və mərkəzi bölgələrində də etmək lazımdır. O, Astanadakı toplantıda Suriya konstitusiyasına aid müzakirələrin aparılmadığını bildirib.

Rusiya, İran və Türkiyənin Astanada keçirəcəyi növbəti toplantının 15-16 fevral tarixlərində keçirilməsi planlaşdırılır. Cenevrə görüşü isə fevralın 20-də təşkil ediləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm