Hələ prezident seçilməmiş istefa verdi - ŞƏRT
Bizi izləyin

Dünya

Hələ prezident seçilməmiş istefa verdi - ŞƏRT

"Fransızlar ölkənin Avropa İttifaqından çıxmasına qarşı səs verərlərsə, hakimiyyətdə niyə qalım?"

Fransanın “Milli cəbhə” Partiyanın lideri, prezidentliyə namizəd Marin Le Pen prezident seçilmədən əvvəl istefası barədə anons verib.

Publika.az xəbər verir ki, siyasətçi bu haqda LCI telekanalına müsahibəsində bildirib.

O deyib ki, prezident seçilsə belə, xalqın Avropa İttifaqından çıxmaq üçün səs verməyəcəyi halda bu postda qalmayacaq.

“Fransanın Avropa İttifaqından çıxışı haqqında referendum keçiriləcək. Fransızlar ölkənin Avropa İttifaqından çıxmasına qarşı səs verərlərsə, hakimiyyətdə niyə qalım?" – deyə prezidentliyə namizəd söyləyib.

Son sorğuların nəticələrinə görə, “Milli cəbhə”nin lideri 26 faiz səs toplayaraq prezident seçkilərinin birinci turunda qalib gələcək. Sorğunun məlumatına görə, onun rəqibləri olan sabiq baş nazir Fransua Fiyon və sabiq iqtisadiyyat naziri Emmanuel Makron müvafiq olaraq 23 və 20 faiz səs toplayacaqlar.

Sorğuya əsasən, Makron ikinci turda 65 faiz səslə partiya lideri üzərində qələbə qazanacaq.

Fransa prezidentinin seçkilərinin ilk turu aprelin 23-ü, ikinci turu isə mayın 7-də keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm