Dünya
Lukaşenko: “Bəlkə, Rusiyada qorxurlar ki...”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı münasibətləri çətinləşdirməməyə çağırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda Minskdə Rusiyanın Kostroma vilayətinin qubernatoru Sergey Sidnikovla görüşündə deyib.
Lukaşenkonun sözlərinə görə, Rusiya tərəfi münasibətləri çətinləşdirə biləcək hərəkətlərə təşəbbüs edir. Belarus prezidenti həmçinin Moskvanı inandırmağa çalışıb ki, Minsk Qərbə “dönməyə” hazırlaşmır və Moskva onun əsas partnyoru olaraq qalır.
“Bəlkə, həqiqətən də Rusiyada Belarusu itirməkdən qorxurlar? Biz Avropaya nə ilə gedəcəyik? Onlar avtomobil və dəzgahları istehsal edirlər, nefti yenidən emal edirlər. Və onlarda keyfiyyət iki dəfə çoxdur. Orada Lukaşenkoya qucaq açıb gözləyirlər? Məni heç kim gözləmir”, - deyə son zamanlar Belarus və Rusiya arasında münasibətlərin soyumasını şərh edən Lukaşenko deyib.
Prezident vurğulayıb ki, Belarus-Rusiya mübahisələrinin məntiqini anlamır: “Heç olmasa, kimsə izah edərdi ki, məsələ nədir? Cavab yoxdur, səbəbini tapmağı bacarmıram”.
Ömər Dağlı

-
Dünya11:30
40 illik dostu İbrahim Tatlısəsi hədələdi: Bütün Türkiyə görəcək
-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı