“O, Qəddafi, Səddam və Yanukoviçdən...” - Rusiya üçün DƏHŞƏTLİ SSENARİ REALLAŞIR
Bizi izləyin

Dünya

“O, Qəddafi, Səddam və Yanukoviçdən...” - Rusiya üçün DƏHŞƏTLİ SSENARİ REALLAŞIR

Moskva yeni tarixdə heç vaxt heç bir qanuni rəhbəri devirməyib.

“Bütovlükdə, Belarusla Rusiyanın münasibətləri kifayət qədər gərgindir. Minsk və Moskva arasındakı gərginlik Qərblə Rusiya arasında qarşıdurma yaradan Ukrayna hadisələri - Krımın Rusiyaya birləşdirilməsi və Donbasda “Rus baharı”ndan sonra daha gözəçarpan oldu”.

Publika.az xəbər verir ki, bunu eadaily.com saytına müsahibəsində Rusiya politoloqu Aleksey Koçetkov söyləyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukraynada vəziyyətin daha gərgin olduğu 2014-cü ildə olduqca ikimənalı bəyanatlar səsləndirirdi. Aleksey Koçetkov qeyd edib ki, Belarus Kiyevdəki yeni hakimiyyətə maddi-texniki kömək göstərir, Ukrayna ordusu üçün dizel yanacaq çatdırırdı: “Aydındır ki, bu yanacaq ilk növbədə Ukraynanın şərqində döyüş zonasına çatdırılırdı. Həmçinin hərbi yük maşınları və hərbi texnika gətirilirdi. Fikrimcə, bu, Rusiya ilə bağlı düşməncəsinə addım idi. Bundan başqa, Belarus Krımın Rusiyaya birləşdirilməsi haqqında referendumun qanunauyğunluğunu tanımaqdan imtina etdi. Hərçənd, Belarus Rusiyanın yalnız müttəfiqi hesab edilmir, hətta Rusiya ilə İttifaq dövlətinə daxildir”.

Politoloqun fikrincə, Belarusun Qərbə meyllənməsi nəinki mümkündür, hətta vəziyyət demək olar ki, bunun üçün yetişib. “Ukrayna Maydanı” süjetinin Belarusda təkrarlanma ehtimalına gəlincə, Aleksey Koçetkov Müəmmər Qəddafi (Liviya) və Səddam Hüseyni (İraq) xatırladıb: “Hər kəs düşünür ki, o, sələflərindən daha ağıllıdır. Qəddafi düşünürdü ki, o, Səddam Hüseyndən daha ağıllıdır və Qərblə razılaşmağa çalışırdı. Yanukoviç düşünürdü ki, o, Qəddafidən daha ağıllıdır. Lukaşenko da hamıdan daha ağıllı olduğunu düşünür. Düşünürlər ki, Qərblə razılaşmaq lazımdır. Amma bu mümkün deyil. Lukaşenko, mənim fikrimcə, indi öz əlləri ilə özünə tələ hazırlayır. Nə vaxtsa Belarus cəmiyyətində aktiv insanların yetərli sayı ortaya çıxacaq və deyəcəklər ki, Rusiya onların düşmənidir, güc yolundan istifadə hesabına olsa belə, Rusiya ilə münasibətləri kəsmək lazımdır. Həmin vaxt Maydan olacaq. Həmçinin Lukaşenkonun yaxın ətrafında satqınlar ortaya çıxacaq. Onlar başqa administrasiyaya keçmək istəyəcəklər. Heç kəs artıq xalqın arzularını soruşmayacaq. Eynilə 2013-2014-cü illərdə Kiyevdə olduğu kimi”.

Politoloq hesab edir ki, Belarus hakimiyyəti iki çox sadə həqiqəti anlamalıdır: “Birincisi, Moskva yeni tarixdə heç vaxt heç bir qanuni rəhbəri devirməyib. Belə bir nümunə yoxdur. Lukaşenko ilə hansısa balansı tapmağa çalışan okeanın o tayındakı partnyorlar isə bununla məşğul olurlar. İkincisi, fikrimcə, Rusiya ilə sıx və ardıcıl əməkdaşlıq Belarusda sabitlik və müstəqilliyin zaminidir”.

Rusiyalı politoloq Belarusun Moskva üçün çox vacib ölkə olduğunu da vurğulayıb: “Belarus-Rusiya sərhədi Moskvadan 400 kilometr uzaqlıqda yerləşir. Təsəvvür etmək belə qorxuludur ki, Belarus bizim müttəfiqimiz deyil. Onda NATO tankları Latviya və Estoniyada olduğu kimi Belarusda – Rusiyanın Smolensk vilayətinin sərhədləri boyu gəzəcək. Və Belarusun bizim siyasi orbitimizdən gedişi ilə artıq Baltik-Qara dəniz qövsünün son halqası itiriləcək. Beləliklə, Rusiya quru sərhədi üzrə Avropadan - Rusiyanın əsas iqtisadi partnyorları olan Almaniya və Fransadan təcrid ediləcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm