Türkiyədə 4500 dövlət qulluqçusu işdən çıxarılıb
Bizi izləyin

Dünya

Türkiyədə 4500 dövlət qulluqçusu işdən çıxarılıb

Türkiyədə 4500 dövlət qulluqçusu işdən çıxarılıb.

Türkiyədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar daha 4464 nəfər dövlət qulluqçusu işdən çıxarılıb.

Publika.az xəbər verir ki, fövqəladə vəziyyət rejimi çərçivəsində 2585 nəfər təhsil işçisi, jandarmeriyanın 893 və təhlükəsizlik xidmətlərinin 417 əməkdaşı hökumətin qərarı işdən çıxarılıb.

Xatırladaq 2016-cı ilin 16 iyulunda Türkiyədə Fətullah Gülən başqda olmaqla, qiyamçılar qrupu hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda baş verib. Qarşıdurmalar zamanı 240-dan çox ölkə vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb.

Qiyam yatırılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm