“Bordo berelilər” Suriyada strateji nöqtələri ələ keçirdi
Bizi izləyin

Dünya

“Bordo berelilər” Suriyada strateji nöqtələri ələ keçirdi

İŞİD-in “Əl Bab valisi”, həmçinin bir neçə “əmir”i öldürülüb.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl Bab şəhərində İŞİD terror təşkilatına son zərbəni vurmağa yaxındır.

Publika.az xəbər verir ki, “Bordo berelilər” Əl Babın ətrafındakı strateji təpələri ələ keçirib.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu mahal mərkəzinə girmək əvəzinə, terrorçuların müqavimətini qırmaq üçün Əl Babı mühasirəyə almağa üstünlük verir. Əməliyyat çərçivəsində İŞİD-in təchizat yolları kəsilir. Hazırda Əl Babın mərkəzi şimal, qərb və şərq istiqamətlərdən mühasirəyə alınır.

Son günlərdə Əl Babda terrorçulara böyük zərbələr vurulub. İŞİD-in “Əl Bab valisi”, həmçinin bir neçə “əmir”i öldürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm