Trampa Rusiya ilə bağlı veto qoyulur - QANUN LAYİHƏSİ
Bizi izləyin

Dünya

Trampa Rusiya ilə bağlı veto qoyulur - QANUN LAYİHƏSİ

Senatorlar qrupu Rusiya əleyhinə daha bir qanun layihəsini təklif etmək niyyətindədir.

ABŞ Konqresinin respublikaçılar və demokratlardan ibarət senatorlar qrupu Rusiya əleyhinə daha bir qanun layihəsini təklif etmək niyyətindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi Rusiya barəsində sanksiyaları ləğv etmək istəyəcəyi halda, prezident Donald Trampın qərarına veto qoymağa imkan verəcək.

Sənədə əsasən, Ağ Ev Rusiya əleyhinə sanksiyaların ləğvinin səbəbləri haqqında ətraflı məruzə hazırlamalı olacaq. Konqres bundan sonra 120 gün ərzində sanksiyaların ləğvinə qarşı səs verə bilər.

Qanun layihəsinin təşəbbüskarları Lindsi Qrem, Marko Rubio, Con Makkeyn (respublikaçılar), Ben Kardin, Kler Makkeskill və Şerrod Braundur (demokratlar).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm