• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Parlamentdə rus dilində çıxışlar qadağan edilir

  • Dünya
  • 8 Fevral 2017 20:48
  • 659 Baxış
Parlamentdə rus dilində çıxışlar qadağan edilir

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy parlamentdə istənilən dildə çıxış etmək hüququnun ləğvini təklif edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi rəsmi saytda dərc edilib.

Parubiy çərşənbə günü parlament üzvlərini Ukrayna dilində çıxış etməyə çağırıb. Spiker əlavə edib ki, zəruri olduqda deputatlar üçün tərcüməni təşkil edə bilər.

“Müxalifət bloku” hesab edir ki, təklif ölkənin parçalanması təhlükəsini yaradır. Qeyd edilir ki, qanun layihəsinin qəbulunda əsas məqsəd deputatların rus dilində çıxışına icazə verməməkdir.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR