Yunanıstanda üsyan: Nazirlik binası işğal edildi - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Yunanıstanda üsyan: Nazirlik binası işğal edildi - - FOTO/VİDEO

2 min xilasedici ilə müqavilələr yenilənməyib.

Yunanıstanda müqavilələrin müddəti uzadılmayan minə qədər xilasedici nazirliyi işğal edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, xilasedicilər İnzibati İslahat Nazirliyinə hücum edərək oranı döyüş meydanına çeviriblər.

Nazirlik binasının şüşələri və qapılarını qıran xilasedicilər inzibati islahat naziri Olqa Qervasili ilə görüş tələb ediblər. Etirazçılar nazirlikdə təxminən yarım saat davam edən oturaq aksiyadan sonra heç bir məqsədinə çatmadan binanı tərk ediblər.

Qeyd edək ki, Yunanıstanda 5 il əvvəl işə götürülən təxminən 2 min xilasedici ilə müqavilələr yenilənməyib.

Ömər


Oxumağa davam et
Reklam
Reklam

Gündəm