“İlanın başı, tiran” - 11 sentyabr terror aktının təşkilatçısının Obamaya ŞOK MƏKTUBU
Bizi izləyin

Dünya

“İlanın başı, tiran” - 11 sentyabr terror aktının təşkilatçısının Obamaya ŞOK MƏKTUBU

“Sizin əllərinizdə Qəzzada qətlə yetirilən uşaqlar, qan qardaşlarımız və bacılarımızın qanı hələ qurumayıb”.

“The Miami Herald” nəşri 2001-ci il sentyabrın 11-də Nyu Yorkda törədilən terror aktının əsas təşkilatçısı hesab olunan Xalid Şeyx Məhəmmədin məktubunu dərc edib.

Publika.az xəbər verir ki, məktub ABŞ-ın keçmiş prezidenti Barak Obamaya ünvanlanıb.

Məktub 2015-ci ilin yanvarında Quantanamo həbsxanasında yazılıb. Lakin həbsxananın əməkdaşları onu dövlət başçısına göndərmək istəməyiblər. Məktubun mətni məhbusun vəkilinin müraciətindən sonra məhkəmənin qərarı ilə Obamaya çatdırılıb.

18 səhifəlik məktubda Ağ Evin ünvanına ittihamlar yer alıb və terror aktlarının törədilməsinin səbəbləri izah olunur. “Biz sizə 9/11 günündə müharibəyə başlamadıq. Bunu siz özünüz və sizin bizim ölkəmizdəki diktatorlar etdi”, - deyə Məhəmməd məktubunda ABŞ-ın xarici münaqişələrə hərbi müdaxilələrinin uzun siyahısı yazıb.

Həmçinin o əlavə edir ki, amerikalıların xarici siyasəti bütün dünyada günahsız insanları öldürüb. Məhəmməd məktubunda sabiq prezident Barak Obamanı “ilanın başı” və “tiran”, ABŞ-ı “zülmkar ölkə” adlandırıb: “Sizin əllərinizdə Qəzzada qətlə yetirilən uşaqlar, qan qardaşlarımız və bacılarımızın qanı hələ qurumayıb”.

Məhbus qeyd edir ki, ölüm hökmündən qorxmur və heç vaxt mərhəmət üçün xahiş etməyəcək. O bildirib ki, ölüm cəzası və ya ömürlük həbs cəzası perspektivi qorxulu deyil. “Əgər sizin məhkəməniz məni ölümə məhkum edərsə, mən böyük sevinclə Allahın və peyğəmbərlərin dostlarını, siz bütün dünyada ədalətsiz şəkildə öldürdüyünüz insanları və şeyx Üsama Bin Ladeni görəcəyəm”, - deyə Şeyx Məhəmməd Xalid yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm