• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Timoşenko Trampla arasındakı SİRRİ AÇDI: “Mənimlə tualetin qarşısında...”

  • Dünya
  • 9 Fevral 2017 13:52
  • 3 952 Baxış
Timoşenko Trampla arasındakı SİRRİ AÇDI: “Mənimlə tualetin qarşısında...”

“Əgər hər kəs tualetin yanında ABŞ prezidenti ilə görüşə bilsəydi, düşünürəm ki, bütün dünya bu gün orada olardı və prezidenti tualetdə tutardı”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Baktivşina Partiyasının sədri, keçmiş baş nazir Yuliya Timoşenko “112 Ukrayna” telekanalın efirində deyib.

“Bu, sadəcə mənim ürəyimə toxunur. Ukraynanı böyük, Ukrayna siyasətçilərini ləyaqətli görmək istəyirəm. Mən istəmirəm ki, belə yalanlar dövlətimizin nüfuzunu aşağı salsın. Sözsüz ki, bu yalandır və mümkün deyil. Görüş planlı şəkildə və ayrı bir otaqda keçdi”, - deyə Timoşenko ABŞ prezidenti Donald Trampla görüşündən sonra yayılan xəbərləri şərh edib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Yuliya Timoşenko ilə görüşüb. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüş Vaşinqtonda səhər yeməyi zamanı olub.

Timoşenkonun Trampı “tualetin qarşısında tutması” barədə iddianı isə “Politico” nəşri “BGR Public Relations” lobbi şirkətinin prezidenti Ceff Birnbauma istinadən irəli sürüb.

“Timoşenko Trampın əlini sıxmaq üçün onu tualet otağının yanındakı dəhlizdə güdürdü. Əsl görüş deyildi. Prezident çox insanların əllərini sıxıb. Görünür, Timoşenko da onlardan biri idi”, - Birnbaum izah edib.

Ömər

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR