İrəvan Minskə nəzərdə tutulan səfəri ləğv etdi
Bizi izləyin

Dünya

İrəvan Minskə nəzərdə tutulan səfəri ləğv etdi

Bu qərar bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlıdır.

Ermənistanın baş naziri Karen Karapetyanölkə polisinin rəis müavini Vardan Yeqiazaryanın Belarusa ezamiyyətini ləğv edib.

Publika.az xəbər verir ki, bu haqda Ermənistan hökumətinin rəsmi saytında bildirilir.

Yeqiazaryan 2-5 mart tarixlərində Belarus milisinin yaranmasının 100 illiyi münasibəti ilə Minskdə planlaşdırılan bayram tədbirlərində iştirak etməli idi.

Ermənistan hökumətinin bu qərarı Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz şəkildə səfər edən bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlıdır. A.Lapşin fevralın 7-də gecə saatlarında Belarusdan Azərbaycana ekstradisiya edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm