İranda partlayış - 4 ölü, 9 yaralı
Bizi izləyin

Dünya

İranda partlayış - 4 ölü, 9 yaralı

İranda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.

Hadisə Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib. KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm