Dünya
CİA başçısı müharibə üçün gəlmişdi? – “Səhv” bombardmanın arxasındakı ŞOK SİRR
“CİA başçısı Maykl Pompeo Ankarada olarkən türk əsgərlərinin Rusiya qırıcıları tərəfindən vurulması yeni bir cəbhələşmənin ilkin hazırlıqları ola bilərmi?”
Publika.az xəbər verir ki, bu sualı Suriyanın Əl-Bab şəhərinin ətrafında türk əsgərlərinin Rusiya qırıcıları tərəfindən bombalanmasını şərh edən “Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül səsləndirib.
“Təyyarə böhranında bu oyun quraraq Türkiyə ilə Rusiyanı müharibə vəziyyətinə gətirdilər. Bu dəfə də eyni oyun oynanıla bilərmi? Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verməklə və hücumun “səhvən” edildiyini deməklə hadisəyə sürətli şəkildə müdaxilə etdi. Ancaq təyyarə böhranında olduğu kimi, Rusiya bu hadisəni də dərindən araşdırmaq məcburiyyətindədir”, - deyə müəllif yazıb.
Yazar qeyd edir ki, Əl-Bab əməliyyatı Türkiyənin tamamilə mühasirəyə alınmasının qarşısını alan tarixi bir əməliyyatdır:
“Əl-Bab Türkiyənin Kipr müdaxiləsindən sonra ən böyük geopolitik hücumudur. Ölkəmizin gələcəyini xilas etməkdir, bütövlüyünü zəmanət altına almaqdır. Bu, yalnız terrorla mübarizə kimi qəbul edilməməlidir. “Dəhliz layihəsi” terror təşkilatlarının deyil, dövlətlərin layihəsidir. Etnik və məzhəb deyil, tamamilə güc mübarizəsidir. Türkiyə ilə Rusiyanın arasını vurmaq, iki ölkəni bir-birindən uzaqlaşdırmaq, İranla qarşıdurmaya sürükləmək çox ağır nəticələr doğura bilər. Rusiya təyyarəsinin vurulmasında məqsəd bu idi. FETÖ-nün bütün mübarizəsi Türkiyə ilə İranı qapışdırmaq idi. 15 iyul yalnız iqtidarı devirmək deyil, Türkiyəni ABŞ orbitinə həbs edərək Rusiya və İrana qarşı cəbhəyə hazırlamaq planı idi”.
Ömər Dağlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB