• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Kreml “səhv“ bombardmanın səbəbini açıqladı

  • Dünya
  • 10 Fevral 2017 14:06
  • 768 Baxış
Kreml “səhv“ bombardmanın səbəbini açıqladı

“Terrorçulara zərbələrin vurulması gedişatında hərbçilərimiz türk partnyorların verdikləri koordinatları əsas tuturdular”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu dünən Suriyanın Əl-Bab şəhərinin ətrafında türk hərbiçilərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, tərəflər hadisənin koordinatların verilməsində ortaya çıxan uyğunsuzluğa görə baş verdiyini qəbul ediblər.

“Vəziyyət hər iki tərəfə aydındır və heç bir mübahisə yaranmayıb”, - deyə Peskov vurğulayıb.

O, həmçinin vurğulayıb ki, birgə əməliyyatların həyata keçirilməsi zamanı informasiya mübadiləsi mexanizmini təkmilləşdirmək lazımdır.

Qeyd edək ki, türk hərbiçilərin olduğu binanın Rusiya qırıcıları tərəfindən bombalanması nəticəsində 3 nəfər ölüb, 11-i yaralanıb. Rusiya tərəfi baş verənləri "bədbəxt hadisə" adlandırıb və prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR