• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

“Rusiya bununla da Türkiyədən qisas aldı” - ŞƏRHLƏR

  • Dünya
  • 10 Fevral 2017 16:11
  • 920 Baxış
“Rusiya bununla da Türkiyədən qisas aldı” - ŞƏRHLƏR

Fevralın 9-da Suriyanın Əl-Bab şəhərinin ətrafında yerləşən türk hərbçilərinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vuruldu. Lakin hadisədən dərhal sonra telefon danışığı aparan Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin məsələnin böyüməsinə imkan verməyərək hadisənin birgə araşdırılması haqqında razılaşdılar.

Publika.az xəbər verir ki, “InfoResist”ə danışan ekspertlər hadisəni şərh ediblər.

Hərbi-hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko bildirir ki, rəsmi şəkildə ifadə olunmasa da, hadisə Rusiya-Türkiyə münasibətlərinə mənfi təsiri göstərəcək.

“Unutmaq lazım deyil ki, Rusiya və Türkiyə faktiki olaraq Suriya müharibəsində müxtəlif cəbhələrdədir. Ərdoğan üçün təhlükə olaraq gördüyü kürdləri zəiflətmək və onları öz sərhədlərindən atmaq əhəmiyyətlidir. Eyni zamanda Rusiya və başqa ölkələr kürdlərə simpatiya bəsləyirlər”, - deyə Musiyenko vurğulayb.

Onun sözlərinə görə, Ərdoğan artıq dəfələrlə bildirib ki, Suriyada türk qoşunlarının hədəfi Bəşər Əsəd rejiminin devrilməsidir: “Əsəd rejimini isə Rusiya və İran dəstəkləyir. Tərəflər terrorçularla mübarizəyə görə birləşiblər. Amma şübhələr var ki, Rusiya və Türkiyə qoşunları öz əməliyyatlarını əlaqələndirirlər və bir-birinə öz planları haqqında məlumat verirlər. Bu səbəbdən də türk hərbiçiləri həlak oldu. Bu, tərəflərin bir-birinə etibar etmədiyini göstərir. Ərdoğan ehtimal ki, daha sonra reaksiya vermək üçün pauza götürüb”.

Hərbi ekspert Oleq Jdanov hesab edir ki, Rusiya bunla da 2015-ci ilin noyabrında Türkiyə tərəfindən vurulan Su-24 təyyarəsinin qisasını alıb. Onun sözlərinə görə, hadisə böyük qarşıdurmaya gətirib çıxarmayacaq.

Siyasi analitik Aleksandr Paliy bildirir ki, Türkiyənin reaksiyasında qəribə heç nə yoxdur. Türkiyənin həmişə Avropa və Asiya arasında qaldığını deyən analitik qeyd edir ki, Ankaranı faktiki olaraq NATO-nun üzvü olması xilas edir.

“İstisna deyil ki, Türkiyə imkan daxilində bu vəziyyəti Rusiyaya zaman-zaman xatırladacaq”, - deyə analitik vurğulayıb.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR