Tramp: “Bu, İsrail üçün fəlakət oldu”
Bizi izləyin

Dünya

Tramp: “Bu, İsrail üçün fəlakət oldu”

"Mən biznesmen kimi yaxşı razılaşmanı pis razılaşmadan ayıra bilirəm"

ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə razılaşmasını növbəti dəfə tənqid edib.

Publika.az xəbər verir ki, prezident İsrail mediasına müsahibəsində nüvə sazişini İsrail üçün fəlakət adlandırıb.

“İranla nüvə razılaşması İsrail üçün fəlakət oldu. Mən biznesmen kimi yaxşı razılaşmanı pis razılaşmadan ayıra bilirəm. Bu razılaşmanı anlamaq mümkün deyil”, - deyə ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Avropa nəşrlərinə müsahibəsində İranla sazişi “ən pis razılaşmalardan biri” adlandırıb. O, prezident seçkilərinin gedişatında nüvə razılaşması ilə əlaqədar keçmiş prezident Barak Obamanı bir neçə dəfə tənqid edib və razılaşmanı təkrar gözdən keçirəcəyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə İranı yəhudi dövləti üçün “ən böyük təhlükə” mənbəyi adlandırıb və ümidini ifadə edib ki, ABŞ-ın yeni prezidenti vəziyyəti dəyişəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm