Ən ağırçəkili qadın Hindistana gətirilir - - FOTO
Bizi izləyin

Dünya

Ən ağırçəkili qadın Hindistana gətirilir - - FOTO

Dünyanın ən ağırçəkili qadını müalicə üçün Hindistana gətiriləcək.

Xəstəlik səbəbindən 500 kiloqram çəkisi olan dünyanın ən kök qadını misirli İman Əhməd Abdulati Hindistanın Mumbay şəhərində müalicə alacaq.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, İsgəndəriyyə şəhərinin 36 yaşlı sakini “fil xəstəliyi” və “vəzi qüsuru” xəstəliyindən əziyyət çəkir. O, insult keçirib və yataqdan qalxa bilmir.

Ötən ilin sonlarında bariatrik və laparoskopik cərrahiyə üzrə ixtisaslaşan mumbaylı həkim Müffəzəl Lakdavala qadının vəziyyəti ilə tanış olub və ona kömək etmək qərarına gəlib. Qaydalara görə, Abdulati konsulluğa müsahibəyə gələ bilmədiyindən Hindistanın xarici işlər naziri Suşma Svarac onun sənədlərinin qeydiyyatına və viza almasına yardım edib.

Fevralın 11-də Abdulati “Egyptair” aviaşirkətinin pasientin nəqli üçün modifikasiya olunmuş “Airbus 300-600” təyyarəsi ilə Mumbay şəhərinə gətiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm