Ukraynalı hərbçilər itkin düşdü
Bizi izləyin

Dünya

Ukraynalı hərbçilər itkin düşdü

Bir qrup ukraynalı hərbçi Luqansk vilayətində itkin düşüb.

Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisi Luqansk vilayətində verilən tapşırığı yerinə yetirərkən itkin düşüb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Ukrayna 112” telekanalının efirində “Mariupol” taktiki qruplaşmanın mətbuat nümayəndəsi Dmitri Zavtonov bildirib.

“Bir qrup hərbçi ön xətdə müşahidə ilə bağlı tapşırığı icra edərkən itkin düşüb”, - deyə Zavtonov bildirib. İtkin düşənlərlə hələ ki əlaqə saxlamaq mümkün olmayıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm