Berdiməhəmmədov səs verdi
Bizi izləyin

Dünya

Berdiməhəmmədov səs verdi

Hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkilərində səs verib.

Hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkilərində səs verib.

Publika.az bildirir ki, Trend-in Türkmənistanın dövlət informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı səsverməyə ailəsi ilə birlikdə gəlib.

Türkmənistanda saat 15:00 olan məlumata görə, seçicilərin 86,93 faizi səs verib. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçkilər Komitəsi məlumat yayıb.

Prezident seçkiləri bu gün yerli vaxtla saat 07:00-da başlayıb. Səsvermə 19 saat davam edəcək.

Seçkilərdə, səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu qazanmış namizəd seçilmiş sayılır.

Dövlət başçısı yeddi il müddətinə seçilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm