Dünya
"İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir"
Moskva İranın əsassız olaraq anti-terror koalisiyasından silinməsini praqmatik hesab etmir, şübhələri konkret faktlar ilə sübut etmək lazımdır.
Publika.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalında efirə gedən "Həftənin yekunları" proqramına müsahibəsində bildirib.
"Əgər ABŞ prezidenti Donald Tramp üçün beynəlxalq arenada terrorçuluqla mübarizə əsas prioritetdirsə, o zaman etiraf etmək lazımdır ki, belə desək, Suriyada İŞİD-ə qarşı hər şeydən əvvəl Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu, eyni zamanda müəyyən dəstələr, o cümlədən İranın dəstəyinə arxalanan "Hizbullah" təşkilatı mübarizə aparır. Burada prioritetlər arasında seçim etmək lazım gələcək", - Lavrov söyləyib.
"Ona görə biz konkret faktların təqdim olunmasını istəyirik, həmçinin İran və ya digər ölkə ilə bağlı...əgər şübhə varsa, o zaman gəlin onu nəzərdən keçirək, lakin əsassız olaraq İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir", - Rusiyanın XİN rəhbəri əlavə edib.
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR