• USD 1,7000 0,00% EUR 1,9052 +0,23%
    • GBP 2,1644 +0,56% RUB 0,0264 +0,76%

Hamburq aeroportu yenidən açıldı - Aviareyslər bərpa olunub - YENİLƏNİB

  • Dünya
  • 12 Fevral 2017 18:09
  • 549 Baxış
Hamburq aeroportu yenidən açıldı - Aviareyslər bərpa olunub - YENİLƏNİB

Hamburq aeroportu yenidən sərnişinləri qəbul etməyə başlayıb, aviareyslər bərpa olunub.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Hamburq aeroportunun təmsilçisi məlumat verib.

Qeyd edək ki, bu gün polis naməlum maddənin sızması ilə əlaqədar aeroportun bütün terminallarından insanları evakuasiya edib. 50-dən çox insan xəsarət alıb. Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətləniblər. Aeroportda aviareyslər yerli vaxtla saat 12.30-dan (Bakı vaxtı ilə saat 15.30) saat 13.45-ə (Bakı vaxtı ilə 16.45) qədər dayandırılıb. İlkin məlumata görə, naməlum maddə aeroportun kondisioner sistemindən sızıb.

17:01

Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aeroport bağlanıb, hava əlaqəsi dayandırılıb, bütün terminallardan insanlar evakuasiya edilib.

Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətlənirlər.

İlkin məlumata görə, sızma kondisioner sistemində baş verib. Hazırda mütəxəssislər hansı maddənin sızdığını araşdırırlar.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR