BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
Bizi izləyin

Dünya

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

İclasın bu gün keçirilə biləcəyi bildirilir.

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

Publika.az xəbər verir ki, iclasın bu gün keçirilə biləcəyi bildirilir.

KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib. Bu gün isə rəsmi Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm