Dünya
Ərdoğan Əsədlə son söhbətindən danışdı - - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə son görüşündən danışıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq Sülh İnstitutunun Yaxın Şərq və Şimali Afrika ofisi tərəfindən təşkil edilən konfransda çıxış edən Ərdoğanın sözlərinə görə, Əsədlə son söhbətində Suriyada baş verən hadisələrlə bağlı ona xəbərdarlıq edib.
“Əsədə “Bəşər, bu gedişat yaxşı deyil. Öz xalqının üzərinə bombalar tökürsən, tanklarla xalqının üzərinə gedirsən. Sabahkı cümə bir başlanğıc olsun. Bu işi bitir. Vətəndaşın rahat şəkildə cümə namazını qılsın, dedim. Amma dinləmədi”, - deyə Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, Əsəd Tunisdə başlayan hadisələrin Suriyada baş verməyəcəyini düşünürdü:
“Tunisdəki hadisələri Əsədlə müzakirə etmişdik. Özü lap əvvəldən fərqli fikirdə idi. Gücünə çox güvənirdi, ölkəsində bu cür hadisələrin baş verməyəcəyini düşünürdü. Bizi dinləmədi. Dəfələrlə danışdıq. Xarici işlər nazirimi göndərdim. Və ən son Ramazan ayında bir gecə zəng etdim, “gəl bu yoldan imtina et” dedim. “Bunlar terrorçulardır” dedi. Səhərisi gün 360 nəfəri şəhid etdilər. İnsanları cümə namazında öldürdülər. Təbii ki, əlaqələrimizi kəsdik”.
Ömər

-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə