Qurani-Kərimi qadağan edəcək, məscidləri bağlayacaq! - ŞOK SEÇKİ VƏDLƏRİ - - VİDEO
Bizi izləyin

Dünya

Qurani-Kərimi qadağan edəcək, məscidləri bağlayacaq! - ŞOK SEÇKİ VƏDLƏRİ - - VİDEO

Şok seçki vədləri

Hollandiyalı ultrasağçı siyasətçisi, Azadlıq Partiyasının başçısı Qert Vilders martın 15-də keçirilən parlament seçkilərində qələbə qazanacağı halda Qurani-Kərimi qadağan edəcəyinə və məscidləri bağlayacağına söz verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, irqçi siyasətçi bu haqda Hollandiyanın NPO telekanalının efirində deyib.

Onun sözlərinə görə, Qurani-Kərimin qadağan edilməsi və məscidlərin bağlanmasını seçki proqramına da daxil edib.

2006-cı ildə qurulan partiyanın nizamnaməsinin ilk maddəsinin “Hollandiyanı islamdan təmizləmək” olduğunu xatırladan siyasətçi yenə nizamnamədə “islam ölkələrindən qaçqınların qəbul edilməməsi”və “açıq yerlərdə hicablı qadınların gəzintisinin qadağan edilməsi” kimi maddələrin yer aldığını söyləyib.

Ömər


Wilders Yine Haddini Aştı: Kuran-ı Kerim'i... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm