Yaponiya Rusiyaya etiraz məktubu göndərib
Bizi izləyin

Dünya

Yaponiya Rusiyaya etiraz məktubu göndərib

Kuril adalarının indiyədək adları olmayan 5-nə adların verilməsi barədə sərəncam imzalanıb.

Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

“Ölkəmizin maraqlarına cavab verməyən bu addım çox təəssüf doğurur. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etirazımızı bildirmişik”, deyə Y.Suqa qeyd edib.

Bundan əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarının indiyədək adları olmayan 5-nə adların verilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, adalar İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm