Hollandiyadan türklərlə bağlı ŞOK QƏRAR: 18 ay...
Bizi izləyin

Dünya

Hollandiyadan türklərlə bağlı ŞOK QƏRAR: 18 ay...

Hollandiyadan türklərlə bağlı ŞOK QƏRAR

2016-cı il iyulun 15-də edilən hərbi çevriliş cəhdindən sonra həbs olunmaqdan qorxaraq Türkiyəyə qayıtmaqdan imtina edən bir qrup türk zabiti ailələri ilə birlikdə Hollandiyadan siyasi sığınacaq istəyib.

Publika.az BBC-nin türk xidmətinə istinadən xəbərə verir ki, Hollandiya Miqrant və Vətəndaşlıq Dairəsi (IND) zabitlərin müraciətini araşdırmaq üçün onların 18 ay ərzində ölkədə qalmasına icazə verib.

Hollandiya KİV-inin yazdığına görə, zabitlər sığınacaq üçün müraciət etməsini “Türkiyədə ədalətli mühakimə olunma imkanının qalmaması” ilə izah ediblər. Türkiyə hökumətinin qərarına görə, çevriliş cəhdi ilə əlaqədar axtarışda olanlar 3 ay ərzində ölkəyə qayıtmayacağı halda, vətəndaşlıqdan çıxarılacaq. Bu müddət yanvar ayının 1-dən hesablanır.

Xəbərə görə, Hollandiya rəsmiləri də Türkiyədə fövqəladə vəziyyət tətbiq olunduğu üçün Ankaranın ekstradisiya tələbinə müsbət yanaşmırlar.

Hollandiya dövlət televiziyasının (NOS) məlumatında deyilir ki, iyulun 15-dən sonra 100-dən çox türk zabiti Qərbi Avropa ölkələrinə sığınacaq üçün müraciət edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm