24 saat vaxt verildi: HAMISI ÖLDÜRÜLƏCƏK! - - VİDEO
Bizi izləyin

Dünya

24 saat vaxt verildi: HAMISI ÖLDÜRÜLƏCƏK! - - VİDEO

Xristian ərəblər Mosuldakı sünni ərəblərə 24 saat vaxt verib.

İraqda “Haşdi Şabi” şiə təşkilatının nəzarətində olan xristian ərəblər Mosuldakı sünni ərəblərə 24 saat vaxt verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu vaxt ərzində ərazini tərk etməsələr onların öldürüləcəyi bildirilib.

Qeyd edək ki, İraq ilə Suriyada bir sıra qətliamlar törədən və İranın dəstəklədiyi “Haşdi Şabi” bəzi KİV-lər tərəfindən “İranın İŞİD-I” adlandırılır. “Haşdi Şabi”nin 16 ölkədən aldığı 100-dən çox fərqli silah növündən istifadə etdiyi Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) hesabatlarında yer alıb. Xüsusilə İraqdakı qətliamlarla ad çıxaran “Haşdi Şabi” daha sonra Suriya lideri Bəşər Əsədin dəvəti ilə Hələbin müxalifət qüvvələrindən təmizlənməsində rol alıb.

Beynəlxalq Əfv Təşkilatı “Haşdi Şabi”nin müsəlman ərəbləri sistematik şəkildə qətl etdiyini müəyyənləşdirib. Təşkilat Bağdadı “Haşdi Şabi”ni silahlandırmaqda və insan haqlarının pozulmasına göz yummaqda ittiham edib.

Beynəlxalq Əfv Təşkilatının silah üzrə mütəxəssisi Patrik Vilsken qeyd edir ki, İraqı silahla təmin edən ABŞ, Rusiya, İran və Avropa ölkələri bu silahların terror təşkilatlarının əlinə keçmə riskinin yüksək olduğunu bilməlidir.

Təşkilat 2016-cı ilin oktyabr ayında hazırladığı bir başqa hesabatda İraqda İŞİD-dən qaçan vətəndaşların “Haşdi Şabi”nin hücumlarına məruz qaldığını bildirmişdi. Təşkilat bu hücumları “müharibə cinayətləri” olaraq xarakterizə etmişdi.

“Haşdi Şabi”nin formalaşmasında ən önəmli addımı 2016-cı il noyabrın 26-da İraq parlamenti atıb. Parlament “Haşdi Şabi”nin İraq Silahlı Qüvvələrinin himayəsi altına alınmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bununla da İŞİD-dən çox da fərqlənməyən bir terror təşkilatı ölkə daxilində legitimlik qazanıb.

Qanun layihəsi İraq parlamentindəki sünni millət vəkillərinin etirazı ilə qarşılansa da, nəticə dəyişmədi. Qanunun qəbulundan sonra sünni millət vəkilləri sünni bölgələrdə analoji təşkilatların yaradılması təklifi ilə çıxış etdilər. Lakin "Milli Gözətçilər qanunu" layihəsi parlamentdəki iranpərəst qrup tərəfindən rədd edildi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm