Dünya
SÜRPRİZ: Həqiqi hərbi xidmətə çağırış bərpa olundu
Gürcüstanın Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə çağırışı bərpa etdikdən sonra fevralın 14-də gənc əsgərləri yenidən hərbi xidmətə qəbul edib.
Publika.az xəbər verir ki, bu gün 140 gənc çağırışçı hərbi xidmətə qəbul olunub.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Vladimir Çaçibaya və digər yüksək rütbəli zabitlər hərbi xidmətə yeni qəbul olunmuş əsgərlərlə görüşüb.
Nazirlikdən bildiriblər ki, həqiqi hərbi xidmət keçmə ilə əlaqədar qaydalara dəyişiklik olunub. Belə ki, əgər əvvəllər həqiqi hərbi xidmətə çağırılanlar əsasən hərbi obyektlərin mühafizəsi və logistika ilə məşğul olurdular. Yeni dəyişikliklərə əsasən, çağırışçı gənclər müqavilə əsasında xidmət keçən hərbçilərlə yanaşı, ağır fiziki şəraitdə 10 həftəlik hərbi döyüş, atəş və taktiki hazırlıq keçəcəklər. Bununla yanaşı, əsgərlər istirahət günlərini evlərinə gedə biləcəklər.
Baş Qərargah rəisi deyib ki, əsgərlər tam hərbi hazırlıq keçəcək, hərbi təlimlərdə iştirak edəcəklər.
Gürcüstanda həqiqi hərbi xidmətə 18 yaşdan 27 yaşadək gənclər çağırılırlar. Həqiqi hərbi xidmətin müddəti 12 aydır və çağırış ildə iki dəfə, yazda və payızda həyata keçirilir.
Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış sabiq nazir Tinatin Xidaşelinin əmri ilə 2016-cı ilin yayında ləğv edilmişdi. Yeni nazir Levan İzoriya isə 2016-cı ilin noyabrında ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışını bərpa etdi. (report)
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ