Moskva Trampın Krımla bağlı tələbinə cavab verdi
Bizi izləyin

Dünya

Moskva Trampın Krımla bağlı tələbinə cavab verdi

Krım Rusiya Federasiyasının ərazisidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ağ Evin Krım üzrə bəyanatlarını şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Zaxarova Moskvanın “öz əraziləri”ni qaytarmadığını deyib.

“Biz öz ərazilərimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”, - o vurğulayıb.

Daha əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir. O, qeyd edib ki, sanksiyalar barəsində Vaşinqtonun siyasəti dəyişməz qalacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm