İndoneziyada güclü zəlzələ
Bizi izləyin

Dünya

İndoneziyada güclü zəlzələ

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sumatra adasında 5,6 bal gücündə zəlzələ baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:47-də, Sumatra adasının şimalında, Reul (Reuleuet) yaşayış məntəqəsinin 3 kilometr qərbində qeydə alınıb. Zəlzələ ocağı 43,8 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Qeyd edək ki, İndoneziya Yer kürəsinin ən seysmik zonasında yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm